İnam Kərimov görüş vaxtını dəyişdi

14 Noyabr 2018 17:10 (UTC+04:00)

Kənd təsərrüfatı naziri İnam Kərimovun Tərtər rayonunda Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşünün tarixi dəyişdirilərək noyabr ayının 24-nə keçirib.

Görüşdə iştirak etmək istəyənlər Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçə bilər.

© AzNews.az