Ermənistanda nazir istefa verdi

14 Noyabr 2018 17:42 (UTC+04:00)

Ermənistanda əmək və sosial məsələlər naziri postunu icra edən Mane Tandilyan istefa verdiyini açıqlayıb.

O bu barədə öz “Facebook” səhifəsində yazıb.

“Mən qarşıdan gələn parlament seçkilərində “İşıqlı Ermənistan” partiyasının üzvü kimi çıxış edəcəm və bu gündən nazir postundan istefa verirəm. Xalqın etimadını qazansam, parlamentin üzvü kimi siyasi fəaliyyətimi davam etdirəcəm".

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri dekabrın 9-da baş tutacaq.(modern.az)

© AzNews.az