“Qızıl sultanı” edam olundu

14 Noyabr 2018 17:45 (UTC+04:00)

Qızıl bazarını manipulyasiya etmək üçün iki ton qızıl ehtiyatı yığmaqda təqsirləndirilən “Qızıl sultanı” ləqəbli Vahid Mazlumin və onun ortağı kimi tanınan Muhammed İsmail Qasımi edam olunub.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, onlar məhkəmədə “yer üzündə fitnə-fəsad yaratmaq”da günahkar hesab olunaraq Tehranda edam olunublar.

İki məhkumun da cəzası 21 oktyabrda dəqiqləşdirilib.

Pərvanə AĞAZADƏ
AzNews.az