İlham Əliyev Fələstin prezidentinə məktub ünvanladı

14 Noyabr 2018 18:54 (UTC+04:00)

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib.

Dövlət başçısı Fələstin Dövlətinin milli bayramı münasibətilə Mahmud Abbası və Fələstin xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edib.

“İnanıram ki, Azərbaycan ilə Fələstin arasındakı münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq daha da genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və rifah diləyirəm”, - deyə Azərbaycan prezidentinin məktubunda vurğulanır.

AzNews.az