Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

14 Noyabr 2018 19:42 (UTC+04:00)

Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrininin Azərbaycan Respublikasına rəsmi səfəri noyabrın 14-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiyanın Baş naziri Peter Pelleqrinini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.

AzNews.az