“Liverpul”un oyunçusu ilə bağlı araşdırma başlanıldı

14 Noyabr 2018 22:22 (UTC+04:00)

İngiltərə Futbol Assosiasiyası “Liverpul” klubunun hücumçusu Daniel Starricə qarşı araşdırmaya başlayıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb oyunçunun ötən ilin yanvar ayında “Vest Bromviç” klubuna keçməsi ilə bağlı başqa bir şəxsin vasitəsilə 5 min funt mərc qoymaq istəməsidir.

Lakin bukmeker əmsalın 66/1 olduğunu əsas gətirərək 30 funtdan artıq məbləği qəbul etməyəcəyini deyib. Tezliklə əmsal 5/2-dək azalıb, Starric də “Vest Bromviç”ə keçib.

Assosiasiya ittihama cavab hazırlamaq üçün 20 noyabr tarixinədək oyunçuya möhlət verib.

AzNews.az