Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara müraciət etdi

14 Noyabr 2018 22:36 (UTC+04:00)

Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara müraciət edib.

AzNews.az xəbər verir ki, müraciətin mətni səfirliyin “Facebook” səhifəsində yerləşdirilib.

Səfirlik vətəndaşları 14, 15, 16 noyabr 2018-ci il tarixlərində Küveytdə hava şəraitinin dəyişkən olması və güclü yağışların yağması səbəbi ilə ehtiyatlı olmağa çağırır, hər hansı çətinlik olduğu təqdirdə, səfirlik əməkdaşları ilə əlaqə saxlamağı tövsiyə edir.

AzNews.az