“Qaşıqçı cinayəti beynəlxalq araşdırmaya verilməlidir” - Çavuşoğlu

14 Noyabr 2018 23:47 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayətinin beynəlxalq araşdırmaya verilməli olduğunu bildirib.

Bu barədə o, parlamentdə çıxışı zamanı deyib:

“Biz cinayətin aydınlaşması üçün mümkün olan hər şeyi edirik. Biz hamıya bütün sübutları təqdim etdik. Ancaq Qaşıqçı cinayəti ilə bağlı beynəlxalq araşdırmanın şərt olduğunu görürürük”.

AzNews.az