AZƏRTAC-ın işçilərinin sayı artırıldı

15 Noyabr 2018 09:54 (UTC+04:00)

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) işçilərinin ştat sayı artırılıb.

Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında” qərarda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən AZƏRTAC-ın işçilərinin ştat sayı 221 vahiddən 222-ə vahidə qaldırılıb.

© AzNews.az