Deputat yediyi naharın qiymətini paylaşdı - FOTO

15 Noyabr 2018 12:38 (UTC+04:00)

Deputat Aleksandr Xinşteyn Rusiya Dövlət Dumasının yeməkxanasında etdiyi naharın çekini sosial şəbəkədə paylaşıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, o, bu çeki Twitter-də paylaşmaqla qiymətlərin heç də ucuz olmadığını ictimaiyyətin diqqətinə çatdırmaq istəyib.

Bu informasiyanı Zvezda telekanalı yayıb.

Yayılan fotodan görsənir ki, deputat öz naharına 253 rubl verib. Belə ki, paytaxt salatı üçün o, 72 rubl, borş üçün 82 rubl, hinduşka əti ilə aş üçün isə 171 rubl xərcləməli olub.

Mənbə bildirir ki, parlamentin yeməkxanasındakı bu qiymət şəhərdəki yeməkxanalarda olduğu kimidir.

Babək Göyüş

AzNews.az