Talibanın qeyri-adi hücumu: onlarla ölü var...

15 Noyabr 2018 13:20 (UTC+04:00)

Taliban Əfqanıstanın qərbində yerləşən Ferah əyalətinə hücum edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum zamanı 30 polis, 17 Taliban silahlısı ölüb.

Taliban qruplaşmasının üzvləri qaçarkən özləri ilə çoxlu silah və sursat aparıblar.

Talibanın sözçüsü Kari Muhammed Yusuf Ahmedi bununla bağlı açıqlama verib. O, Ferah Rod rayonunda baş verən hücumun, Kabil hökumətinin qüvvələri arasına əvvəlcədən girmiş 6 Taliban üzvü tərəfindən edildiyini deyib.

Pərvanə AĞAZADƏ
AzNews.az