Dəhşətli avtobus qəzası - Ölənlər var

15 Noyabr 2018 14:03 (UTC+04:00)

Çinin Şansi vilayətində avtobusun yoldan çıxaraq aşması nəticəsində 4 nəfər ölüb, 41 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Avtobusun yoldan çıxaraq aşmasına səbəb yolun buz bağlaması olub. Hadisə Cinbien qəsəbəsi yaxınlığında yerli vaxtla 14:17-də (Bakı vaxtı ilə 10:17) baş verib.

Yaralıların hamısı xəstəxanalara yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağırdır.(AZƏRTAC)

© AzNews.az