Sinan Akçılın yeni sevgilisi

15 Noyabr 2018 14:56 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Aşk ve Mavi” serialından sonra məşhurlaşan aktrisa Burcu Kıratlı ilə Sinan Akçılın sevgili olmaq iddiaları bir müddətdir gündəmi zəbt edib. Cütlük bu iddiaları təsdiqləməsə də, dünən gecə restoranların birindən əl-ələ çıxıb. Kameraları görən cütlük bir-birinin əllərini buraxıb.

Qeyd edək ki, Burcu Kıratlı əvvəllər aktyor Ahmet Kural ilə nişanlı olub.

Nigar CƏFƏR

AzNews.az