Öncə Donbasdakı ölümlərdən danışaydılar - Putin Qərbə səsləndi

15 Noyabr 2018 16:45 (UTC+04:00)

Qərbin və Ukraynanın Donbasda keçirilən seçkilərə tənqidi fikirlərindən öncə onlar gərək Donetsk və Luqansk bölgələrindəki ölümləri müzakirə edəydilər.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Sinqapurda keçirdiyi mətbuat konfransında deyib.

Putin əlavə edib ki, Kiyev hazırkı siyasəti ilə regionda sülhün bərqərar edilməsi üçün dialoq aparmağa hazır deyil.

Babək Göyüş

AzNews.az