Tereza Meydən istefa xəbərlərindən sonra ilk açıqlama

15 Noyabr 2018 17:54 (UTC+04:00)

İngiltərədə “Brexit”ə görə baş verən istefaların ardından baş nazir Tereza Mey ilk açıqlamasını verib.

Baş nazir bəyan edib ki, Avropa İttifaqından çıxmaqla bağlı təkrar referendum mümkünsüzdür: “Parlamentarilərin vəzifəsi referendumda ifadə olunan xalqın iradəsini həyata keçirməkdir. Böyük Britaniya Aİ-dən 2019-cu ilin martın 29-da çıxacaq”.

Mey, həmçinin bildirib ki, Aİ ilə “Brexit” şərtlərinə dair razılaşma yekun deyil.(qafqazinfo.az)

© AzNews.az