Krallıq Qaşıqçı cinayətinin beynəlxalq araşdırmaya verilməsini istəmir

15 Noyabr 2018 18:57 (UTC+04:00)

Səudiyyə Ərəbistanı hökuməti Türkiyənin jurnalist Camal Qaşıqçının qətlinin beynəlxalq araşdırmaya həvalə edilməsi təklifi ilə razılaşmır.

Bunu xarici işlər naziri Adel əl-Cubeyr Ər-Riyadda keçirdiyi mətbuat konfransında deyib:

“Krallıq tədqiqatlara davam edir. Çünki cinayət Səudiyyə Ərəbistanının konsulluq binasında səudiyyəli jurnalistə qarşı törədilib. Jurnalistin ölümünün siyasiləşdirilməsi lazım deyil. Bu qətl cinayətdir və böyük səhvdir”.

AzNews.az