Mingəçevirdə avtomobil marketə çırpıldı - Sürücü xəsarət aldı

15 Noyabr 2018 19:18 (UTC+04:00)

Mingəçevir şəhərində yol qəzası baş verib.

Hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı marketin binasına çırpılıb. Nəticədə 1990-cı il təvəllüdlü sürücü İbrahim Lətif oğlu Qurbanzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az