ABŞ bomba yağdırır - Rusiya XİN

15 Noyabr 2018 19:58 (UTC+04:00)

ABŞ Fəratın şərqin hava əməliyyatına başlayıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, ABŞ Fəratın şərqində yenidən hava hücumlarına başlayıb və burada fosfor bombasından istifadə edir.

Zaxarova həmçinin, İdlibdə müxalif qüvvələri terrorçulardan ayırmaq istiqamətində uğur əldə olunmadığını da qeyd edib.

AzNews.az