Tramp təlimat verdi, ABŞ Güləni Türkiyəyə qaytarır - SON ANDA

15 Noyabr 2018 21:57 (UTC+04:00)

ABŞ rəhbərliyi FETÖ başçısı Fətullah Gülənin ekstradisiyası üçün nazirliklərə göstəriş verib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Donald Tramp FTB, Ədliyyə və Daxili İşlər Nazirliyinə Gülənin ekstradisiyasını təmin edəcək hüquqi yolların tapılması üçün təlimat verib.

Tramp adminstrasiyası və Türkiyə rəsmiləri Gülənin Türkiyəyə ekstradisiya edilməyəcəyi halda Cənubi Afrikaya göndərilməsi mövzusunda da müzakirələr aparıb.

AzNews.az