Sumqayıtda yaşlı kişi intihar etdi

15 Noyabr 2018 22:16 (UTC+04:00)

Sumqayıtda 67 yaşlı kişi intihar edib.

Hadisə 17-ci mikrorayonda baş verib.

Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Nəbiyev Ağabala Məbud oğlu yaşadığı mənzildə özünü asıb. Onun meyitini yaxınları aşkar ediblər. A.Nəbiyevin nə üçün intihar etməsi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az