OPEC-in yeni prezidentinin adı açıqlandı

15 Noyabr 2018 23:42 (UTC+04:00)

Venesuelanın neft naziri Manuel Kevedo gələn il yanvarın 1-dən OPEC-in prezidenti vəzifəsinin icrasına başlayacaq.

Bu barədə Venesuelanın Neft Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Qeyd olunub ki, M.Kevedo Əbu-Dabidə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində bu məsələ ilə bağlı OPEC baş katibi Məhəmməd Barkindo və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşlər keçirib.

Hazırda OPEC-in prezidenti Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl Məhəmməd Fərəc Əl Məzruidir.

AzNews.az