Konqoda 7 BMT sülhməramlısı öldürüldü

16 Noyabr 2018 09:13 (UTC+04:00)

Konqo Demokratik Respublikasında BMT sülhməramlıları və Birləşmiş Demokratik Qüvvələr təşkilatının üzvləri arasında silahlı toqquşmalar olub.

Bu barədə BMT-nin baş katibinin rəsmi nümayənsdəsi Stefan Cüjarrik bildirib.

Onun sözlərinə görə, toqquşmalar nəticəsində 7 BMT sülhməramlısı həlak olub, 10-u yaralanıb, 1-i isə itkin düşüb.

Həlak olan sülhməramlılardan 6-sı Malaviyadan, 1-i isə Tanzaniyadan olub.

S.Cüjarrik bildirib ki, onlar Şimali Kivuda sülhməramlı əməliyyatı zamanı öldürülüblər.(trend.az)

© AzNews.az