Suriyada tərəfdaşımız PYD-dir - ABŞ-dan PKK etirafı

16 Noyabr 2018 09:51 (UTC+04:00)

ABŞ-ın Suriyada əməkdaşlıq etdiyi PYD PKK-nın bu ölkədə bir qoludur.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri səsləndirib.

Cefri "Defense One" media qurumunun illik müdafiə sammitində çıxışı zamanı vurğulayıb ki, ABŞ PYD-ni terror təşkilatı kimi tanımır.

O, həmçinin Türkiyənin Suriyadakı rolundan da danışıb:

"Türkiyənin fəal iştirakı, əməkdaşlığı və koordinasiyası olmasaydı, Suriyada bu gün etdiklərimizin heç birisini edə bilməzdik. Hələ də tam dağılmayan İŞİD-lə mübarizəni davam etdiririk. Bu mövzuda 2014-cü ildən bu yana bizim tərəfdaşımız PYD-dir. Təbii ki, bu məsələ Türkləri bərk narahat edir".

Babək Göyüş

AzNews.az