Girov götürülən iranlı hərbçilərdən 5-i sərbəst buraxıldı

16 Noyabr 2018 10:07 (UTC+04:00)

İranın cənub-şərq hissəsində, Pakistanla sərhəd yaxınlığında yerləşən Mircave bölgəsindən qaçırılan 14 iranlı hərbçinin 5-i sərbəst buraxılıb.

Bunu İranın İnqilab Keşikçiləri Qvardiyasının komandanı general Məhəmmədəli Cəfəri bildirib.

Onun sözlərinə görə, girovluqdan buraxılan hərbçilərin təhlükəsizliyi Pakistan dövləti tərəfindən qorunur.

Qeyd edək ki, oktyabrın 16-da Pakistanla sərhəd yaxınlığında silahlılar 14 iranlı hərbçini qaçırıblar.(report.az)

© AzNews.az