Bir sutkada 102 cinayət törədilib

16 Noyabr 2018 10:37 (UTC+04:00)

AzNews.az DİN-ə istinadən xəbər verir ki, onların 16-sı “isti izlər”lə açılıb.

- Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

- Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 3 nəfər xəsarət alıb.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az