BMT Krımla bağlı qətnamə qəbul etdi - Adada insan haqları pozulub

16 Noyabr 2018 11:23 (UTC+04:00)

BMT Baş Assambleyasının 3-cü komitəsi Ukraynanın Krımda insan haqları ilə bağlı qətnaməsinin yenilənmiş versiyasını təsdiq edib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Ukraynanın BMT-dəki xüsusi nümayəndəsi Vladimir Yelçenko deyib.

Diplomat qeyd edib ki, 67 ölkə sənədin lehinə, 26 ölkə isə əleyhinə səs verib. Bitərəf qalan ölkələrin sayı 82 olub.

Bildirilir ki, Avropa ölkələrinin böyük əksəriyyəti və ABŞ sənədi dəstəkləyib.

Sənədə "yox" deyən bəzi ölkələrin də adları açıqlanıb: Rusiya, Ermənistan, Belorus, Boliviya, Burundi, Çin, Kuba, Şimali Koreya, Hindistan, İran, Serbiya və Suriya.

Babək Göyüş

AzNews.az