Rusiya və Ukraynanın aparıcı solistləri Bakıda çıxış edəcək

16 Noyabr 2018 12:47 (UTC+04:00)

Noyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası nümayiş ediləcək.

Tamaşanı idarə etmək üçün gənc və istedadlı rusiyalı dirijor, beynəlxalq müsabiqələr laureatı Denis Vlasenko dəvət olunub.

Səhnə əsərində əsas rollardan biri - Violetta partiyasında Moskva “Novaya opera” teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Mariya Buynosova, Alfred rolunda isə Ukrayna Milli Operasının aparıcı solisti, Xalq artisti Andrey Romanenko çıxış edəcəklər.

Operada, həmçinin Xalq artistləri Əli Əsgərov və Əkrəm Poladov, Əməkdar artistlər Cahangir Qurbanov, Tural Ağasıyev, Səbinə Vahabzadə və teatrın aparıcı solisti Nina Makarova da rol alıblar. (Azərtac)

AzNews.az