Gənc Sinemaçılar Klubunun üzvü beynəlxalq mükafat aldı

16 Noyabr 2018 12:52 (UTC+04:00)

Rüfət Kərimzadənin “Qurd” kinolayihəsi 8-ci Malatya Beynəlxalq Film Festivalı çərçivəsində keçirilmiş Film Platformasının beynəlxalq ssenarilərin inkişafına dəstək mükafatını qazanıb.

O, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvüdür.

Film platforması Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Azərbaycanfilm” kinostudiyasının əməkdaşlığı ilə baş tutub. (Azərtac)

AzNews.az