Hökumət istefaya göndərilir

9 Aprel 2013 10:19 (UTC+04:00)
Ermənistan hökuməti istefaya gedir. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, ölkənin Konstitusiysına uyğun olaraq, inauqurasiya günü ölkə prezidenti hökuməti istefaya göndərir.

Bundan sonra hökumət üzvləri yeni heyətin təyin olunmasına qədər öz işlərini davam etdirirlər.

Ermənistan prezidenti parlament fraksiyaları ilə məsləhət əsasında hökumətin istefasından sonra 10 gün ərzində baş nazir postuna parlament çoxluğunun etibarını qazanmış şəxsi təyin edir. Hakimiyət baş nazir təyin ediləndən sonra 20 gün ərzində formalaşır.

AzNews.az