Miqrant karvanı ABŞ sərhədinə çatdı - Trampın əsgərləri güllə atacaqmı?

16 Noyabr 2018 14:18 (UTC+04:00)

Mərkəzi Amerikadan yola çıxan miqrant karvanının ilk dəstəsi Meksika və ABŞ sərhədində yerləşən Tixuana şəhərinə çatıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı Еuronews telekanalı yayıb.

Miqrantların bəziləri çiyinlərində çanta sərhədə piyada, bəziləri də avtobusla gəlib.

Bu günün sonunadək tərkibində 5.5 min nəfər olan miqrantların hamısının gəlişi gözlənilir. Onların bir qismi keçid məntəqələrində ABŞ-dan rəsmi şəkildə sığınacaq almaq qərarındadır. Əksəriyyət isə sərhədi qeyri-qanuni keçməyi düşünür.

Bir müddət öncə ABŞ prezidenti Donald Tramp demişdi ki, əgər miqrantlarla sərhədçilər arasında münaqişə yaransa, silahdan istifadə ediləcək. Onun bu açıqlaması təkcə ABŞ-da deyil, dünyanın bir çox ölkələrində sərt tənqid edilib.

Babək Göyüş

AzNews.az