Tereza Mey vəzifədən kənarlaşdırıla bilər

16 Noyabr 2018 14:35 (UTC+04:00)

Böyük Britaniya Baş naziri Tereza Meyin vəzifədən kənarlaşdırılması üçün rəhbəri olduğu Mühafizəkarlar Partiyasında addımlar atılmasına hazırlıq işləri görülür.

Yaxın günlərdə baş nazirə etimadsızlıq məsələsinə dair səsvermə keçirmək nəzərdə tutulur.

Daha əvvəl hökumətdəki 18 rəsmi şəxsin Tereza Meyin "Brexit" məsələsindəki siyasətinə etiraz olaraq istefa verdiyi bildirilmişdi.(report.az)

© AzNews.az