“Nüvə proqramı xəstəliklərin qarşısını alacaq“
9 Aprel 2013 10:57 (UTC+04:00)
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İran prezidenti Mahmud Əhmədinejad Milli Nüvə Texnologiyaları Günü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.
"Nüvə texnologiyaları lazımi qaydada və vaxtında istifadə edildiyi təqdirdə, konkret xəstəlik növlərinin müalicəsində faydalı ola bilər", - prezident deyib.
Əhmədinejadın sözlərinə görə, nüvə texnologiyaları kənd təsərrüfatı, maşınqayırma, səhiyyə və bir çox sahələrdə istifadə edilə bilər.
"Biz nüvə texnologiyalarını neft emalı sənayesində istifadə edirik ki, bu da böyük fayda verir. Ümid edirəm ki, Atom Enerjisi Agentliyinin əməkdaşları nüvə texnologiyalarının istifadəsini davam etdirəcəklər ki, bu da insanların yaşayışını yaxşılaşdırmağa kömək edəcək.
Əhmədinejad, həmçinin uran barəsində bəhs edib.
"Bir ton urandan ən azı yarım kiloqram material əldə etmək olar. Material müxtəlif mərhələrdə emaldan keçir. Bu, çətin işdir", - prezident qeyd edib.
Əhmədinejad əlavə edib ki, İranın artıq nüvə texnologiyaları sahəsində öz mütəxəssisləri var.
"Daha əvvəl biz bu məsələdə digər ölkələrdən asılı idik. Nüvə sahəsini bəzi ölkələr siyasi cəhətdən inhisarlaşdırıb və nüvə enerjisi prinsipi də inhisarlaşdırılıb", - o bildirib.
O qeyd edib ki, hazırda İrandakı bütün nüvə işləri ölkə mütəxəsisslərinin tam nəzarəti altındadır.
"Biz sıfırdan başlamışıq və addım-addım irəliləyirik. Mən ölkənin atom sahəsinin işçilərini təbrik edirəm", - dövlət başçısı bildirib.
AzNews.az