Türkiyədə partlayış: 1 əsgər şəhid oldu, 4-ü yaralandı

16 Noyabr 2018 17:33 (UTC+04:00)

Şenoba şəhərində keçirilən hərbi təlim zamanı partlayış baş verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şırnakın Uludərə rayonunda, hərbi bazada təlim məqsədi ilə minaatandan açılan atəş nəticəsində 1 əsgər şəhid olub, 4 əsgər isə yaralanıb.

Helikopterlə xəstəxanaya aparılan əsgərlərdən birinin vəziyyəti ağırdır.

Pərvanə AĞAZADƏ
AzNews.az