Xərçəngdən əziyyət çəkən “Toppuş” bacı işə çıxdı: “Endirim edəcəyəm”

16 Noyabr 2018 17:48 (UTC+04:00)

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva (“Toppuş” bacı) işə çıxıb.

AzNews.az xəbər verir ki, aktrisa mərhum anasının 40 mərasimindən sonra xına məclislərinə getdiyini bildirib:

"Rəbbim bütün ölənlərə rəhmət eləsin, həyat davam edir. İndi işimin başındayam, xınalarınızın gözəl keçməsi üçün bizə müraciət edin".

Aktrisa toy günü yarım saatlıq keçirilən məclislərə endirim etdiyini deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az