Məhkəmə CNN-ni haqlı bildi - Tramp uduzdu

16 Noyabr 2018 20:11 (UTC+04:00)

Vaşinqton məhkəməsi CNN telekanalının jurnalisti Cim Akostanın Ağ Evə akkreditasiyasının bərpa olunmasına qərar verib.

Məhkəmənin qərarında jurnalistin bu hüququnun “dərhal” bərpası göstərilib.

Xatırladaq ki, Akostanın akkreditasiyası onun mətbuat konfransında prezident Donald Trampa ardıcıl bir neçə sual verməsindən sonra ləğv edilmiş və o, Ağ Evdən qovulmuşdu. CNN isə buna cavab olaraq Trampı məhkəməyə vermişdi. (qafqazinfo.az)

AzNews.az