Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu

17 Noyabr 2018 14:19 (UTC+04:00)

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən AzNews.az-a verilən məlumata görə, noyabrın 16-da saat 17 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini İlhamə İslamova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

© AzNews.az