Rəisin qızına cərimə yazan polis mükafatlandırıldı

17 Noyabr 2018 17:14 (UTC+04:00)

Yol polisinin rəisi onun qızına cərimə yazan əməkdaşını mükafatlandırıb.

Bu hadisə Türkiyənin Təkirdağ şəhərində baş verib.

Yol polisi əməkdaşı avtomobil idarə edərkən mobil telefonla danışan Gizem Aydını dayandırıb. Daha sonra ona avtomobil sürərkən telefonla danışdığı üçün cərimə yazıb.

Hadisədən xəbər tutan Gizem Aydının atası, yol polisi rəisi Mustafa Aydın qızına cərimə kəsən polis məmurunun mükafatlandırılması haqda göstəriş verib. (Teleqraf.com)

© AzNews.az