Yarımstansiyadakı partlayış zamanı xəsarət alan şəxs xəstəxanada öldü

17 Noyabr 2018 17:39 (UTC+04:00)

Noyabr ayının 14-də Samux rayon ərazisində yerləşən Gəncə 330 kv Yarımstansiyada baş verən partlayış zamanı xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

Hadisə zamanı ağır xəsarətlər alan, 1978-ci il təvəllüdlü Elnur Natiq oğlu Həsənov yerləşdirildiyi xəstəxanada ölüb.

Qeyd edək ki, adı çəkilən yarımstansiyada yüksək gərginlikli elektrik xətlərinin texniki təmizliyi zamanı ehtiyatsızlıqdan qısapanma baş verib və yanğınla nəticələnən kiçik partlayış olub. Nəticədə E.Həsənov ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (report)

© AzNews.az