Rusiyada daha bir “qanuni oğru” öldürüldü
9 Aprel 2013 12:19 (UTC+04:00)
Rusiyanın Orsk vilayətində "Lençik" ləqəbi ilə tanınan "qanuni oğru"nun cəsədi tapılıb. 40 yaşı olan "qanuni oğru" tapançadan açılan atəş nəticəsində həyatını itirib. Hadisənin intihar yaxud sui-qəsd olduğu araşdırılır.
Məlumat üçün bildirək ki, Lençiklə bağlı ziddiyətli informasiyalar var və hesab edirik ki, həmin məqamlar oxucularımız üçün də maraqlı olacaq.
Belə ki, Orsk şəhərinin hüquq-mühafizə orqanlarının nümayəndəsi Feliks Obrazanenko da öz müsahibələrindən birində Lençikin həqiqi "qanuni oğru" olduğunu bildirib. Ancaq moskvalı kriminal avtoritetlər bununla razılaşmayıblar. Səbəb kimi isə Lençikin içki içməsi və özünü apara bilməməsi göstərilib. Buna görə də onun statusunun əlindən alınması məsələsə gündəmə gəlib.
Rusiya mətbuatının məlumatına görə, Orskda 2000-ci ildən başlayaraq avtoritetlərin sıradan çıxarılması prosersinə start verilib.. Snayper gülləsi əvvəlcə A.Şnayderi öldürüb.
Daha sonra "Pinqivin" barında Quram öldürülüb. Avtoritet Tenqonu isə "Prestij" barında güllələnib.
Elnur
AzNews.az