FİFA daha bir Türkiyə klubunu cəzalandırdı

17 Noyabr 2018 22:38 (UTC+04:00)

Qurum Super Liqa təmsilçisi "Bursaspor”a transfer qadağası qoyub. Bursa təmsilçisi buna görə qış transfer pəncərəsində yeni futbolçu ala bilməyəcək.

Buna, ötən mövsüm "Bursaspor"u çalışdırmış fransız mütəxəssis Pol Le Quenin məvacib kimi alacağı 240 min avronun vaxtında ödənməməsi səbəb göstərilib.

Bir neçə gün əvvəl digər Super Liqa təmsilçisi "Kaysersipor”a, 2015/16 mövsümündə İspaniya "Malaqa"sından heyətinə qatdığı Adnan Tiqhaduiniyə 150 min avronun vaxtında ödənməməsi səbəbindən transfer qadağası gəlmişdi.(unikal.org)

AzNews.az