Afinada 22 nəfər saxlanıldı

18 Noyabr 2018 09:28 (UTC+04:00)

Şənbə günü Yunanıstanın paytaxtı Afinada baş tutan qarşıdurmada 22 nəfər saxlanılıb.

13 nəfər həbs olunub.

Xatırladaq ki, şənbə günü minlərlə insan küçələrə çıxaraq ABŞ-ın Yunanıstandakı səfirliyinə yaxınlaşıb və orada etiraz marşı keçiriblər. Buna səbəb kimi, Afina Politexnik İnstitutunun tələbələri tərəfindən üsyanın 1973-cü ildə qaldırılması və “qara polkovniklər” rejiminin həmin üsyanı qəddarcasına qarşısının alınmasının 45 illiyinə həsr olunan hadisələr göstərilir.(trend.az)

AzNews.az