Toy mərasimi raketlə vuruldu - Ölənlər var

18 Noyabr 2018 12:14 (UTC+04:00)

Əfqanıstanın Vardak əyalətində evə düşən raket mərmisi 3 nəfərin ölümünə səbəb olub.

Raket zərbəsinin hədəfinə çevrilən evdə toy mərasimi keçirilirmiş.

Ölkədə daha bir qanlı hadisə Loqar əyalətində qeydə alınıb.

İki məmurun olduğu avtomobil minaya düşüb.

Partlayış nəticəsində məmurlar həlak olublar.(oxu.az)

AzNews.az