Hindistanda ibadət evində qan töküldü

18 Noyabr 2018 12:47 (UTC+04:00)

Bu barədə polisdən bildirilib.

Məlumata görə, hadisə Radjanasi qəsəbəsində baş verib. Üzlərində maska olan iki nəfər motosikletlə ibadət evinin qarşısına gələrək, içəri qumbara atıblar. Partlayış nəticəsində 3 nəfər həlak olub, daha 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir.(report.az)

AzNews.az