Papua-Yeni Qvineya tarixində bir ilk

18 Noyabr 2018 12:58 (UTC+04:00)

Noyabrın 18-də Papua-Yeni Qvineyanın paytaxtı Port-Morsbi şəhərində Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) forumu öz işini davam etdirir. AZƏRTAC xəbər verir ki, dünyanın ən kasıb ölkələrindən biri ilk dəfə bu təşkilatın liderlərini qəbul edir.

Foruma qatılanlar arasında Avstraliyanın Baş naziri Skott Morrison, Kanadanın Baş naziri Castin Trüdo, Çinin Sədri Si Cinpin, ABŞ-ın vitse-prezidenti Mayk Pens, Malayziyanın Baş naziri Mahathir Məhəmməd, İndoneziyanın Prezidenti Coko Vidodo, Rusiyanın Baş naziri Dmitri Medvedev və Yaponiyanın Baş naziri Şinzo Abe də var.

Forumun ikinci günü də iştirakçıların xatirə fotosu çəkdirməsi ilə başlanıb. Onların əksəriyyəti bu görüşə qalstuksuz qatılıb. Tədbirin ikinci günündə Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqardla görüş olacaq. Sonra liderlərin iştirakı ilə iki sessiyanın keçiriləcəyi, bundan sonra isə forum iştirakçılarının işgüzar yeməkdə görüşəcəkləri gözlənilir.

İkigünlük forum bəyannamənin qəbulu ilə başa çatacaq.(AZƏRTAC)

AzNews.az