Bu ərazilərdə 4 gün işıq olmayacaq

18 Noyabr 2018 13:29 (UTC+04:00)

Noyabrın 19-dan 23-dək bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Buna səbəb Abşeron rayonu Bağlar ETSİ-nin xidmət ərazisi olan Məhəmmədi kəndinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı aparılan işlərdir.

Bu səbəbdən də Zabrat – Məhəmmədi, yeni Məhəmmədi 35/10 kV-luq yarımstansiyası ilə kəndin digər ərazilərini əlaqələndirmək üçün 19 noyabrdan 23 noyabra qədər bəzi ərazilərdə elektrik enerjisi verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatlığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.(modern.az)

AzNews.az