Qırğızıstanın Batken vilayətinin prokuroru qətlə yetirilib

18 Noyabr 2018 13:49 (UTC+04:00)

Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Kərimə Amankulova bildirib.

K.Amankulova bildirib: "Faktla bağlı respublikanın Cinayət Məcəlləsinin "qətl" maddəsi üzrə cinayət işi başlanıb. Şübhəli şəxs saxlanılıb, onunla əməliyyat-istintaq tədbirləri aparılır".

Qeyd edək ki, Anarbay Mamajakıpov bu ilin may ayında Batken vilayətinin prokuroru təyin edilib. Daha əvvəl A.Mamajakıpov Talas şəhərinin prokuroru olub.

AzNews.az