Bu kəndin elektrik enerjisi təchizatında fasilələr olacaq

18 Noyabr 2018 15:36 (UTC+04:00)

Bu barədə AzNews-a “Azərişıq” ASC-nin mətbuat xidmətindən daxil olan məlumatda qeyd olunur.

Məlumata görə, Abşeron rayonu Bağlar ETSİ-nin xidmət ərazisi olan Məhəmmədi kəndinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədilə Zabrat – Məhəmmədi, yeni Məhəmmədi 35/10 kV-luq yarımstansiyası ilə kəndin digər ərazilərini əlaqələndirmək üçün 19 noyabr 2018-ci il tarixindən 23 noyabr 2018-ci il tarixinə qədər kəndin bəzi ərazilərində qısa müddətli fasilələr yaranacaq.