İrana məxsus sərnişin təyyarəsi qəbul edilmədi
9 Aprel 2013 12:57 (UTC+04:00)
APA-nın "Radiofərda"ya istinadən məlumatına görə, təyyarənin İsfahandan havaya qalxdığı və səhər saatlarında Küveyt aeroportuna endiyi bildirilir. Ancaq Küveyt hava limanının rəsmiləri sərnişinlərin təyyarəni tərk etməsinə icazə verməyiblər.
Buna səbəb kimi təyyarənin beynəlxalq qanunlara riayət etməməsi, 50 İran vətəndaşının Küveytə vizasız gəlməsi və bununla bağlı əvvəlcədən məlumatlandırılmaması göstərilib. Hətta İran təyyarəsinin enişinə icazə verdiklərinə görə Küveyt hava limanının işçiləri sorğu-sual olunublar. Nəticədə təyyarədəki sərnişinlər saatlarla gözlədikdən sonra İrana geri dönmək məcburiyyətində qalıblar. Hadisə aprelin 6-da baş verib.
Qeyd edək ki, təyyarənin İranın "Asiman" hava yolları şirkətinə məxsus olduğu və İsfahandan deyil, Şəhrikürddən Küveytə uçduğu bildirilir.
AzNews.az