Səsdən sürətli təyyarə

18 Noyabr 2018 18:01 (UTC+04:00)

Qaynarinfo.az xəbər verir ki, "X-59" adlanan təyyarənin test uçuşları 2021-ci ildə başlayacaq.

"Lockheed Martin" şirkəti ilə birlikdə həyata keçirilən layihə reallaşsa, səyahət müddətində ciddi azalma müşahidə ediləcək. Saatda 1512 km sürətlə hərəkət edəcək "X-59" ilə Nyu-York-London səfəri 9 saatdan 3 saata enəcək.

Qeyd edək ki, daha əvvəl Fransa və İngiltərə səsdən sürətli "Concorde" təyyarəsinin istehsalına başlamış, 2000-ci ildə baş verən qəza layihənin təxirə salınmasına səbəb olmuşdu.

AzNews.az