İraqın Tikrit şəhərində minalanmış avtomobilin partlaması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 16 nəfər yaralanıb.
Bu barədə İraqın təhlükəsizlik orqanlarının mətbuat xidməti məlumat yayıb.
"Səlahəddin əyalətinin Tikrit şəhərinin Atıbba küçəsində minalanmış avtomobildən istifadə ilə törədilən terror aktı 5 vətəndaşın ölümünə səbəb olub, 16 nəfər yaralanıb", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.
Bundan əvvəl İraqın şimalında 50-dən çox İŞİD terrorçusu öldürülüb. (report)
AzNews.az